"Ermənistana qaytarılan 4 erməni hərbi əsirinin bir çox sağlamlıq problemi olduğu düşünülür. Lakin qayıtdıqdan bir neçə saat sonra erməni hakimiyyəti onların heç bir sağlamlıq problemi olmadığını və hətta Azərbaycan xəstəxanasında tibbi yardım alan Vaqif Xaçatryanın sağlamlıq vəziyyətinin qənaətbəxş olduğunu elan etməyə tələsdi. Onlar məhbusların sağlamlığından Azərbaycan hakimiyyətinin rəğbətini qazanmaq üçün bir fürsət kimi istifadə etməyə çalışırlar.
69 yaşlı Vaqif Xaçatryan yaxın günlərdə ürək əməliyyatı keçirəcək”.
Medicina.az xəbər verir ki, bu barədə V.Xaçatryanın qızı Vera Xaçatryan “Hraparak” nəşrinə deyib.
O bildirib ki, müayinələrin nəticəsi pis deyil, buna baxmayaraq, atası yaxın günlərdə ürək əməliyyatı keçirəcək.
Xatırladaq ki, Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjyan və Vaqif Xaçatryan ötən həftə Ermənistana təhvil verilib.
Xaçatryan xroniki ürək xəstəsidir və Bakıda da müalicə alırdı.