Bakıda müəllim pomidor turşusundan öldü

  • 2022.11.23 14:01
  • 830 Baxış
Bakıda müəllim  pomidor turşusundan öldü
Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.

Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.

Mərhum ailəli olub, iki övladı var.