Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.
Medicina.az “Qafqazinfo”ya istimadla xəbər verir kk, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.
Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.
Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.