Bakıda sevgilisi tərəfindən bıçaqlanan qadın öldü

  • 2022.07.06 15:12
  • 1946 Baxış
Bakıda sevgilisi tərəfindən bıçaqlanan qadın  öldü
Bakının Suraxanı rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.


Medicina.az xəbər verir ki, Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.


Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğunda araşdırılır.