Bakıda sidik kisəsi çöldə doğulmuş uşaq əməliyyat olundu

  • 2022.12.13 15:07
  • 2091 Baxış
Bakıda sidik kisəsi çöldə doğulmuş   uşaq əməliyyat olundu

Sidik kisəsi çöldə doğulmuş körpə Bakıda əməliyyat olunub.

"Medicina" xəbər verir ki, Mərkəzi Klinikaya gətirilən 2 aylıq körpənin sidik kisəsi, sidik axarları çöldə olub, sidik kanalı olmayıb, cinsiyyət orqanı penisi açıq şəkildə olub.

Sidik kisəsi ekstrofiyası (epispadiya) diaqnozu qoyularaq çəkisi 3,5 kq olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uşaq cərrahı Fuad Hüseynov icra edib.

Uşağın hazırda 5 yaşı var, çətin günləri geridə qoyub, daimi kontrol altındadır.