Bakıda xəstənin oğlu həkimdən 900 manat alıb?

  • 2023.03.17 14:25
  • 2358 Baxış
Bakıda xəstənin oğlu  həkimdən 900 manat alıb?
Bakıda şantajla üzləşdiyini bildirən həkim hüquq-mühafizə orqanlarına müraciət edib.

Medicina.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi F.Məmmədov şikayət ərizəsində bildirib ki, müalicə etdiyi xəstənin oğlu ona hədə-qorxu gələrək 900 manat alıb.


Belə ki, 1982-ci il təvəllüdlü Gədəbəy sakini A.Ə. həkimə atasının düzgün müalicə edilmədiyini bildirərək ona hədə-qorxu gəlməyə və pul tələb etməyə başlayıb. Bu yolla o, həkimdən hissə-hissə olmaqla 900 manat alıb.

Pul tələblərinin davamını gördüyünü deyən həkim Nizami Rayon Prokurorluğuna müraciət edərək məsələyə hüquqi qiymətin verilməsini xahiş edib.