Bakıda yol qəzası - 3 qadın xəstəxanaya yerləşdirildi

  • 2019.08.22 09:36
  • 3893 Baxış
Bakıda yol qəzası -  3 qadın xəstəxanaya yerləşdirildi
Buzovna-Maştağa yolunda yol qəzası baş verib. Medicina.az-ın məlumatına görə, hadisə Buzovna-Maştağa yolunda baş verib. Qəza nəticəsində 3 nəfər qadın ağır xəsarətlər alıb. Xəsarət alan 47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.