Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakının park və xiyabanları yenidən dezinfeksiya olundu- FOTOLAR

  • 2020.04.18 19:26
  • 1811 Baxış
Bakının park və xiyabanları yenidən dezinfeksiya olundu - FOTOLAR


Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bu gün Bakıda genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilb.

Medicina.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı Abadlıq Xidməti tərəfindən bağlar və parklar, küçələr, dayanacaqlar və digər ictimai yerlər mütəmadi olaraq dezinfeksiya olunur.

Xatırladaq ki, hər kəs özünütəcrid rejiminə məsuliyyətlə əməl edərsə, bu tədbirlər daha təsirli və effektiv olar.

Küçə və parklarda insanlar çox olduqca, dezinfeksiya işlərinin effekti bir o qədər az ola bilər.