Balqabaq toxumunun cinsi həyata təsiri

  • 2023.03.02 17:57
  • 2256 Baxış
Balqabaq toxumunun cinsi həyata təsiri

Məşhur rusiyalı dietoloq Mixail Ginzburqun fikrincə, balqabaq tumları sink tərkibinə görə günəbaxan tumlarından daha üstündür. Onun fikrincə, zəngin sink mənbəyi kimi balqabaq tumları intim həyata müsbət təsir edir, keyfiyyətini artırır.

“Medicina” xəbər verir ki, sink kişi və qadın reproduktiv orqanlarının normal fəaliyyəti üçün lazımdır. Xüsusən də kişilər üçün vacibdir.


Balqabaq tumlarının tərkibində olan sink kişi orqanizminə testosteronun lazımi səviyyəsini saxlamağa kömək edir, kişilərin sperm məhsuldarlığını artırır.

Bundan əlavə, bu mikroelement orqanizmi virus infeksiyadan qorumaqda mühüm rol oynayır və sink hüceyrə membranlarına xüsusi təsir göstərir.


Balqabaq toxumlarında selenium kimi vacib element də var.ş Onun orqanizmdə çoxluğu xroniki ürək-damar patologiyası olan insanlarında daha uzun ömür sürməsiməsinə kömək edir.

Həmçinin balqabaq tumu diabetin və artritin dərmanıdır.

Həkim məsləhət görür ki, balqabaq tumlarını bir və ya iki xörək qaşığı qəbul etmək lazımdır. Həftədə beş dəfə yeyilməsi vacibdir.

Günay Q.