Faydalı bildiyiniz qidalar, meyvələr belə qanı qatılaşdıra bilər.
Xüsusən isti yayda orqanizmdə susuzlaşma fonunda qan daha da qatılaşır.
“Medicina” xəbər verir ki, ürək-damar cərrahı Pavel Vladimirov kartof, banan, şirniyyat və hətta bəzi sağlam qidaların potensial qan qatılaşdırıcı olmasını bildirib.
Həkim Vladimirov xatırladıb ki, qanın qatılaşması damarların tıxanması riskini artırır, ən vacib orqanlara - ürək və beyinə qan tədarükünün pozulmasına gətirib çıxarır.
Bu cür pozuntuların nəticələri insult və infarkt ola bilər.
Xüsusən, yaşlılar üçün zərərli məhsulların adları çəkilib.
"Qanın maye komponenti var - plazma və formalaşmış elementlər. Onların arasındakı tarazlıq qanın nə qədər duru və ya qatı olduğunu müəyyən edir. Qan qatılaşması plazma miqdarının azalması ilə əlaqədardır”.
Qatılaşmanı artıran qidalar:
Kartof
Banan
Şəkər, bütün şirniyyatlar
Alkoqol
Qazlı içkilər
Bəzi göyərtilər: cəfəri, şüyüd
Qoz
Ateroskleroz, diabet, varikoz damarları kimi xroniki pozğunluqları olanlar bu məhsulları məhdudlaşdırılmalı və ya tamamilə istisna etməlidir.
Aygün Musayeva