Banan təzyiqi salmağa kömək edir - Kardioloq

  • 2022.07.08 13:55
  • 2006 Baxış
Banan təzyiqi salmağa kömək edir    -  Kardioloq


Banan yemək yüksək təzyiqi sabitləməyə təsir edir.


Bakupost.az xəbər verir ki, həkim kardioloq Brittani Dan gündəlik rasiona banan daxil edilməsinin arterial təzyiqə yaxşı təsir etdiyini açıqlayıb.

Bu meyvədə çoxlu elektrolitlər - kaliy və maqniy var. Sutka ərzində normal miqdarda elektrolit orqanizmə daxil olduqda, maye və qan miqdarı balansı qorunur.


Bu da təzyiqi normal saxlamağa kömək edir. Əgər təzyiq xəstələri gündə 2 ədəd banan yesə, təzyiqi bir neçə rəqəm aşağı düşər.
Bir bananda 422 mq kaliy var. Bu isə sutkalıq normanın 20%-dir.


Amma bananla yanaşı çox duz, duzlu qida qəbul etmək əksinə təzyiqi qaldırır.


Aygün Musayeva
BakuPost