Baş həkim süni tənəffüs aparatına qoşulanları göstərdi - "Çoxu gənclərdir" - VİDEO

  • 2020.04.24 11:46
  • 3266 Baxış
Baş həkim süni tənəffüs aparatına qoşulanları  göstərdi  - "Çoxu gənclərdir" - VİDEO

Moskva şəhər 15 saylı xəstəxanasının baş həkimi Valeriy Veçorko reanimasiya şöbəsinə yerləşdirilmiş və artıq İBL aparatına qoşulmuş xəstələri çəkib göstərib.

Medicina.az xəbər verir ki, reanimasalar xəstə ilə doludur.

Baş həkim məsələnin ciddiliyini göstərmək üçün bu addımı atıb.

O qeyd edib ki, aparatlara qoşulanlar 35-45 yaş arası xəstələrdir. Koronavirusdan yalnız yaşlıların ağırlaşması yanlış fikirdir.

"Baxın, nə qədər cavanlar var. Onlar bu dəqiqə ölümlə çarpışır. Bu vəziyyətə düşməməyin yeganə yolu evdə qalmaq və özünü təcriddir"