Baş redaktor vəfat etdi

  • 2026.03.10 15:34
  • 78 Baxış
Baş redaktor vəfat etdi


"Qarabağ" qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov vəfat edib.


Medicina.az xəbər verir ki, Ç. İsmayılov 1954-cü ildə Ağdam şəhərində anadan olub, orada orta təhsil alıb, sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-cı ilin yayında yeni təsis edilən "Qarabağ" qəzetinə baş redaktor təyin edilib.

Qeyd edək ki, Ç.İsmayılov ötən il ölkə başçısının sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə tərəqqi medalı ilə təltif edilib.

Allah rəhmət etsin!