“Technote” saytının baş redaktoru 31 yaşlı Emil Nəcəfov vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, Emil Nəcəfov bir müddətdir diş ağrısından əziyyət çəkirmiş.
F.Pərdəşünas ölümə sepsisin səbəb olduğunun ehtimal edildiyini deyib:
“Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan ölüm səbəbi sepsisdir”.
Qeyd edək ki, sepsis qanda iltihab və bakteriyaların sürətlə çoxalmasıdır.
Aygün M