Hər hansı bir əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan ölüb.
Medicina.az xəbər verir ki, 21 yaşlı Chloe Middleton Britaniyada koronavirusun ən gənc qurbanına çevrilib.
Qızlarının ölümündən şoka düşən ailəsi insanları koronavirusu ciddiyə almağa səsləyib.
"İnsanların adi xəstəlik kimi qəbul etdiyi bu virusdan mənim gənc qızım öldü", - qızın anası Diane Middleton sosial şəbəkə hesabında yazıb.
İngiltərənin Bakinqhemşir qraflığında yaşayan qadın insanları evdə qalmağa səsləyib. O, bildirib ki, virus təkcə yaşlıları öldürmür.
Mart ayının 25-nə olan statistikaya görə Britaniyada 8227 nəfərdə koronavirus aşkarlanıb. 433 nəfər bu xəstəlikdən dünyasını dəyişib.