Bayden kəşfiyyata koronavirusun mənbəyini araşdırmağı tapşırdı - 90 günə...

  • 2021.05.27 17:55
  • 1294 Baxış
Bayden kəşfiyyata koronavirusun mənbəyini araşdırmağı tapşırdı   - 90 günə...



ABŞ prezidenti Co Bayden də covid 19-un Çində laboratoriyadan sızıb-sızmaması versiyasını daha dəqiq, ikiqat gücləndirilmiş səylərlə araşdırmaq tapşırığını verib.


Medicina.az xəbər verir ki, ABŞ-da cəmiyyətdə virusun süni və ya təbii olması barədə fikirlər bölünüb. Koronavirusn laboratoriyada qəza nəticəsində Çində ətrafa sızması şübhəsi hələ də çözülməyib.

Bayden xüsusi kəşfiyyat xidmətinə 90 gün ərzində bütün faktları təqdim etməyi tapşırıb.

ABŞ-da olan Çin səfirliyi isə virusun mənşəyinin araşdırılmasının siyasiləşdirilməsinə etiraz edir.

“Virusun hardan necə yaranmasının müşahidəsinin qərəzli siyasiləşdirilməsi nəinki virusun mənbəyinin tapılmasını çətinləşdirəcək, eyni zamanda yeni siyasi virus yaradacaq. Bu isə beynəlxalq münasibətləri gərginləşdirəcək” – deyə səfirliyin bəyənatında deyilir.