Bayram günü Neftçalada faciə - İki qardaş qəzada öldü

  • 2026.03.20 11:15
  • 104 Baxış
Bayram günü Neftçalada faciə -  İki qardaş qəzada öldü

Neftçala rayonunda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qazaxbərəsi kənd sakinləri ilan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.