İş yerində xroniki stress, yorğunluq səbəbindən, insan rahatlandıqda sinir sistemi "həftəsonu soyuqdəyməsi" ilə reaksiya verə bilər. Həftəni tələsə -tələsə yola verib, bazar günü xəstə düşürük.
Medicina.az xəbər verir ki, Britaniyalı terapevt Simon Feldhaus bu sindromun mahiyyətini açıqlayıb.
"Bir çox insan tətil öncəsi dövrdə təzyiq altında işləyir və tətillərin əvvəlində qızdırma, bədən ağrıları və ya tətil planlarını pozan öskürəklə oyanırlar”.
Həkimin sözlərinə görə, işdən sonra özünü pis hiss etmək bəzən "həftəsonu xəstəliyi" adlandırılan məşhur fenomendir.
Əsas səbəb xroniki stressdir və simptomları uzun müddət basdırılır, yəni insan bədən resursundan normadan artıq istifadə edir.
"Başqa bioloji izah var: tətillər tez-tez səyahət, yuxu rejiminin pozulması, yeməkdə dəyişiklik, spirtli içki qəbulu və sosial təmaslarla müşayiət olunur - bunların hamısı immunitet sistemi artıq zəifləyibsə, infeksiya üçün ideal şərait yaradır".
Həkim xatırladıb ki, erkən immun dəstəyi tətil öncəsi dövrdə qrip və kəskin respirator virus infeksiyaları riskini azalda bilər. Bayramlardan bir neçə həftə əvvəl daha çox tərəvəz, meyvə və protein daxil olmaqla sağlam qidalanmaya keçməyi tövsiyə edir.
"Faydalı əlavələrə D vitamini, C vitamini, sink, omeqa-3 yağ turşuları və selen daxildir. Lakin mütəxəssislər uzun müddətli sink istifadəsinə qarşı xəbərdarlıq edirlər, çünki bu, mədə pozğunluğuna səbəb ola bilər və mineralların udulmasına mane ola bilər".
Aygün Musayeva