Bazar günü hava necə olacaq?

  • 2022.08.27 14:21
  • 3645 Baxış
Bazar günü hava necə olacaq?


Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.


Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.