Bakı Dövlət Universitetinin dosenti vəfat edib.
Medicina.az xəbər verir ki, Universitetin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Qismət Davudov dünyasını dəyişib.
Qismət Davudov 1964-cü ildə Xaçmaz rayonunun Xaspolad-oba kəndində anadan olub.
Onun tədqiqat sahəsi Asiya və Afrika ölkələri, İran və Yaponiya tarixi üzrə olub.