BDU-nun tələbəsi və qardaşı faciəvi şəkildə öldü

  • 2026.02.02 14:16
  • 50 Baxış
BDU-nun tələbəsi və qardaşı faciəvi şəkildə öldü

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Medicina.az “Report”a istinadən xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Səma Cəmaləddin qızı Mirzəyeva vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Qeyd edək ki, Səma Mirzəyeva "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə təhsil alırmış.