Bədəndə güclü qaşınma - 12 SƏBƏB

  • 2021.03.15 18:54
  • 14839 Baxış
Bədəndə güclü qaşınma  - 12 SƏBƏB

Yaz-yay aylarında bədən səthinin qaşınması, qızarması, hətta yaralar əmələ gəlməsi dərəcəsində simptomlar əhalini narahat edir. Çox insan bunu allergiyaya, istiyə bağlayır. Lakin bədəndə qaşınmanın əsəb, sinir pozulması, qoturluq, heyvanlardan keçən xəstəliklər, autoimmun problemlər kimi dərin səbəbləri ola bilər.


Medicina.az bədən dərisinin qaşınmasının 5 səbəbini və hansı müayinədən başlamalı olacağınızı araşdırıb.

Qaşınmanın xəstəliyə bağlı əlamətləri:


-Dəri normal görünsə də, səthi zədələnməsə də, qırmızı görünür

-Səthi nahamarlaşır

-Ləkələnir

-Qabıqlanır

-Qaşıdıqda dırnaq izi və sıyrılmadan müxtəlif yerlərdə quruma, qanaxma, qaysaq

-Suluqlar, şişkinlik, pulcuqlar


Möhkəm qaşıdıqda sıyrıq və dırnaq yerindən dərinin alt qatına infeksiya keçə bilir.

Qaşınma əvvəlcə bədənin kiçik hissələrində, baş, ayaq, boyun, əllərdə başlayır, daha sonra bütün bədənə yayılır.

Bəzən qaşınma uzun və intensiv davam edir, insana rahatlıq vermir. Əgər insan daim dırnaqları ilə dərini qaşıyıb cızırsa, qanadırsa, dəri qıcıqlanaraq, epidermisi zədələnir və kiçik yaralar əmələ gəlir.




Ən çox yayılmış səbəblər:


-Mövsümü və digər allergiyalar- dərman, qida, ətir və s.

-Həşərat sancması, dişləməsi

-Dəri xəstəlikləri – dermatit, ekzema, qoturluq, psoriaz

-Şəkərli diabet

-Böyrək problemləri, hətta böyrək çatışmazlığı

-İnfeksiyalar: qızılca, məxmərək, göbələk

- Xarici təsirlər: bitkilər, torpaq, toz gənələri

-Daxili xəstəliklər: anemiya, sirroz, öd yollarının tutulması, öd daşı, leykemiya, QİÇS, dağınıq skleroz, böyrək xəstəlikləri ciddi qaşınma verir.

-Sinir, əsəb xəstəlikləri: depressiya, nevroz,stress, kəskin qorxu, hərəcan

-Dərmanların əks təsiri kimi də təlimatlarında dəridə qaşınma qeyd olunub- antibiotiklər, göbələk dərmanları, narkotik dərmanlar, qıcolma dərmanları və s.

-Hamiləlik – hormonal dəyişiklik dəridə qaşınma verir


Nə zaman həkimə müraciət etməli:

Əgər dəridə qaşınma 1 həftədən çox davam edirsə, allergiya dərmanları fayda vermirsə, qaşınma gündən-günə kəskinləşirsə, dəriyə infeksiya düşübsə, qaşınmadan əlavə xəstədə yorğunluq, sidikdə dəyişiklik, qızdırma, titrətmə varsa, həkimə müraciət etmək lazımdır.

Hətta kəskin olmayan, ara-sıra gəlib gedən qaşınma 3-4 aydan sonra da çəkilmirsə, o zaman bir neçə həkimdə müayinə olunmaqla, altda yatan səbəbi tapmaq lazımdır.


Hansı həkimə üz tutmalı?

İlk növbədə dermatoloq, dermatonevroloq, dəri-zöhrəvi ixtisaslı həkimə müraciət edirsiz.

Vaxtında müayinə və müalicə olunmadıqda, qaşınma xronikləşir, dəri infeksiyalaşır, çapıqlar, ləkələr əmələ gəlir.

Müayinə zamanı həkim anamnez toplamaq üçün müəyyən suallar verir: neçə müddətdir davam edir, hər hansı qıcıqlandırıcı faktorun olub-olmaması, ev heyvanı saxlanması, dərman qəbulu, əlavə xəstəliklərin olub-olmamasını soruşur.

Əlavə olaraq dərinin müayinəsi, qan analizi, allergenlərə analiz, biopsiya, qanda şəkərin yoxlanması, böyrəklər və qalxanvari vəzin USM-i təyin edilir.

Əgər xəstədə nevroloji səbəbdən qaşınma təsbit olunarsa nevroloq və psixiatra yönəldilir.