Bədəndə xərçəng yaranmasını göstərən 15 siqnal – Görməzdən gəlməyin

  • 2021.06.26 18:11
  • 40414 Baxış
Bədəndə xərçəng yaranmasını göstərən 15 siqnal  – Görməzdən gəlməyin

Alimlər orqanizmdə şiş hüceyrələrinin aktivləşdiyini göstərən 15 şübhəli əlamət barədə xəbərdarlıq edib.
Bir çox şiş xəstəliklərinin ilkin əlaməti siz düşündüyünüzdən də erkən, hətta 2-3 il öncədən özünü göstərir.


Sadəcə insan bədənini yaxşı tanımır və dinləmir.

Hazırda bir çox xərçəng xəstəlikləri erkən aşkarlandıqda çox uğurla müalicə edilir və xəstə uzun illər yaşayır.

Medicina.az həmin 15 siqnalı təqdim edir:


- Səbəbsiz yerə çəki itirmə, kəskin arıqlama
- Səbəbsiz, izah olunmaz güclü yorğunluq
- Gecələr çox tərləmə
- İştahanın kəsilməsi, sevdiyin yeməklərdən imtina
- Bədəndə yeni yaranan, səbəbsiz və artan ağrı
- Təkrarlanan ürəkbulanma, qusma, öyümə

- Sidikdə, nəcisdə qan izləri
- Sidiyin və nəcisin tündləşməsi, ümumiyyətlə, tualetə gedəndə narahat ağrılı hisslər bağırsaqda törəmələrdən xəbər verə bilər.
- Səbəbsiz qızdırma, titrətmə

- Bağırsağın işinin pozulması: ya kəsməyən ishal, ya da kəskin qəbizlik
- Uzun müddət başlayan, günün istənilən saatı tutan, dərmanlarla kəsməyən öskürək
- Limfatik düyünlərin müxtəlif nahiyələrdə böyüməsi

- Xalların böyüməsi, ətrafının qızarması, bədəndə sağalmayan dəri yaraları, xoralar
- Xəstəhal vəziyyətin keçməməsi, ayın yarıdan çoxunu enerjisiz, xəstə kimi hiss etmək

- Dərialtında bərkimələr, hər hansı orqanın- süd vəzi, burun, prostat və s. çox bərkiməsi, daşlaşması, xarici görünüşünün dəyişməsi, böyüməsi

Bu əlamətlər kişilərdə ağciyər, mədə, prostat, bağırsaq xərçəngindən, qadınlarda süd vəzi, ağciyər, bağırsaq, mədə şişlərində daha çox rast gəlinir.