Bədənin vitaminsiz olduğunu göstərən - ƏLAMƏTLƏR

  • 2023.06.14 16:50
  • 1554 Baxış
Bədənin vitaminsiz olduğunu göstərən   -  ƏLAMƏTLƏR
Müasir dövrdə düzgün qidalanma və sağlam həyat tərzi belə avitaminozun qarşısını ala bilmir. Yuxululuq, əsəbilik, saç tökülməsi və kövrək dırnaqlar kimi simptomlarla üzləşirlər. Avitaminoz ilk baxışda xəstəlik bir fəlakətli səslənməsə də, ancaq orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.


“Medicina” xəbər verir ki, Avitaminoz insan orqanizmində ən çox yaz-qış aylarında baş verən bir vitamin və ya vitamin qrupunun çatışmazlığıdır. Orqanizm mürəkkəb, özünü tənzimləyən bir sistemdir. Bədən qida ilə kifayət qədər miqdarda vitamin və qida qəbul etməyi dayandırarsa, qənaət rejiminə keçir və tədricən bu vəziyyətə alışır.


Vitamin tədarükü vaxtında bərpa olunmazsa, çatışmazlıq inkişaf edir, ümumi tükənmə, tez-tez soyuqdəymə, əhval dəyişikliyi və digər xoşagəlməz hallara səbəb olur.


Soyuq mövsümdə bir çox insanı eyni problemlər birləşdirir - bulanıq görmə, apatiya, yorğunluq, quru dəri, kövrək dırnaqlar, əsəbilik. Hər kəs bu simptomları bir-birinə bağlamır, baxmayaraq ki, hamısı qış vitamin çatışmazlığını xarakterizə edir.


Yazdakı avitaminozun əsas səbəbi pəhrizdə vitaminlərin olmamasıdır. Uzun müddət saxlandığı üçün meyvə-tərəvəzdə olan vitaminlərin çoxu qışın sonuna kimi məhv olur. Bununla belə, xaricdən gətirilən və ya ilboyu istixanalarda yetişdirilən tərəvəzlər, meyvələr və bitkilər faydalı olmaya bilər.

Avitaminozun xarici simptomları;

• kövrək dırnaqlar və saçlar;
• qadınlarda mövsümi saç tökülməsi;
• quru dəri, soyulmağa və səpgilərə meylli;
• əllərdə dərinin soyulması ilə təzahürü;
• qırmızı gözlər;
• qanayan diş əti;

• üz və bədənin şişməsi;
• ağızın künclərində çatlar;
• ekzema və ya dermatit şəklində dəridə beriberi təzahürü.


Psixoloji əlamətlər;

• yuxululuq, apatiya və zəiflik;
• xroniki yorğunluq;
• yuxu pozğunluğu;

• qıcıqlanma;
• libidonun azalması.

Aynurə Məmmədova