Bədənindən cin çıxararkən qadını öldürdülər - Türkiyədə Şok

  • 14 Yan 2022 15:46
  • 624 Baxış
Bədənindən cin çıxararkən qadını öldürdülər   - Türkiyədə Şok

Türkiyənin Ankara şəhərində psixoloji problemləri olan qadını “bədənindəki çini çıxarmaq” bəhanəsi ilə döyüblər.

Mollanın məsləhəti ilə Özge Nur Tekini 100 dəfə oxlovla vurublar. Bundan sonra onun kürəyinə həcəmət üsulu ilə kəsiklər atıblar. Qadının vəziyyəti müvəqqəti yaxşılaşsa da sonradan o vəfat edib.

Hadisə ilə bağlı dindirilən Selçuk Tekin (Özge Nur Tekinin əri) bildirib ki, qadını döyərkən hər iki tərəfin valideynləri də orada olub.

“Mollanın dediklərini elədik, onun bərədinə girən cini çıxarmaq üçün iki dəfə qurban da kəsdik, amma xeyiri olmadı, yoldaşım öldü”, - deyə o bildirib.

Prokuror qadının ölümündə şübhəli bilinən şəxslərin 18 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.