Belarus çempionatında koronavirus - Komanda karantinə alındı

  • 2020.05.11 17:32
  • 1261 Baxış
Belarus çempionatında koronavirus  - Komanda karantinə alındı

Futbol üzrə Belarus çempionatında ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Medicina.az xəbər verir ki, “Minsk” klubunun bir futbolçusunda COVID-19-un əlamətləri aşkarlanıb. Bu barədə “Minsk”in rəhbəri İqor Şloydo deyib:

“Təəssüf ki, oyunçularımızdan birində koronavirus əlaməti üzə çıxdı. Onun vəziyyəti normaldır, lakin simptomları var. Ona görə də, test edildi, nəticəni gözləyirik. Hələ ki, komandanın bütün məşqləri ləğv olunub”.

İqor Şloydo onu da bildirib ki, əsas komanda ilə bağlı hər kəs bu gün müayinədən keçiriləcək. Həmçinin klub iki həftəlik karantində olacaq. Bu isə komandanın iki tur matçının təxirə salınması deməkdir.