Araşdırmalar göstərir ki, bel ətrafının artması daxili (visseral) yağlanmanın göstəricisidir və bu, sağlamlıq üçün ciddi risk yaradır.
Medicina.az xəbər verir ki, Beynəlxalq tibbi tövsiyələrə görə:
Kişilərdə: 102 sm və üzəri yüksək risk
Qadınlarda: 80 sm-dən yuxarı risk artır
Qadınlarda: 88 sm və üzəri yüksək riskdir
100 sm və daha çox bel ətrafı niyə təhlükəlidir?
Bel nahiyəsində yığılan yağ:
daxili orqanların ətrafında yerləşir
hormon balansına təsir edir
metabolizmanı pozur.
???? Əsas sağlamlıq riskləri
1. Diabet xəstəliyi
Visseral yağ insulin müqavimətini artırır və şəkər xəstəliyinə gətirib çıxara bilər.
2. Yüksək təzyiq
Artan çəki damar sisteminə yük verir və təzyiq yüksəlir.
3. Koronar arteriya
Ürək damarlarında daralma və infarkt riski artır.
4. Metobolik sindrom
Bu vəziyyət:
yüksək şəkər
yüksək təzyiq
artıq çəki ilə birlikdə gedir və ciddi nəticələrə səbəb olur.
Bel ətrafı artdıqca ürək-damar xəstəliklərindən və metabolik problemlərdən ölüm riski artır.
Bel necə düzgün ölçülür?
qarın boş vəziyyətdə olmalıdır
göbək səviyyəsində ölçülür
nəfəs normal vəziyyətdə saxlanılır.
Əgər bel ölçünüz yüksəkdirsə:
✔ qan şəkəri yoxlanmalı
✔ lipid profili (xolesterin)
✔ arterial təzyiq
✔ qaraciyər göstəriciləri nəzarətə alınmalıdır.
Aygün Musayeva