“Bəlkə də koronavirusu yanlış müalicə edirik?" - İnfeksionist şübhə içində

  • 2020.11.09 17:11
  • 10872 Baxış
“Bəlkə də koronavirusu yanlış müalicə edirik?" -  İnfeksionist şübhə içində

“Bəlkə də biz bu virusu səhv müalicə edirik, yanlış yoldayıq”

Bu barədə Zuboskiy İnfeksion Mərkəzinin həkimi yazıb.

Medicina.az xəbər verir ki, həkim Qleb Qlebov kolleqalarını bir daha düşünməyi və belə bir şübhədə olan həkimləri müzakirələrə dəvət etməyə çağırıb.

COVİD 19 müalicəsi barədə nəzəriyyə və təcrübələr bir daha təhlil olunmalıdır.
Həkim əvvəlki virus epidemiyalardakı statistik məlumatları və müalicə protokollarını analiz edib.

Nəticə göstərib ki, mədəaltı vəzisi xəstə olan insanlarda virus infeksiyaları daha ağır keçir və ölüm faizi yüksəkdir.
Bu donuz qripində də belə olmuşdu. 2009-cu ildə reanimasiyaya düşən xəstələrin 70%-i diabet xəstələri idi.

“Biz istənilən virus infeksiyasının müalicəsi zamanı mədəaltı vəzə çox az diqqət yetiririk. Əksinə onu toksiki dərmanlarla yükləyirik, bu da qlükozanı qanda artırır, mədəaltı vəzin işini dayandırır, orqanizmdə sitoken fırtınası başlayır.

Xəstədə leykositoz kəskin pankreatit fonunda inkişaf edir, mədəaltı vəz bölgəsində dayanıqlı ağrılar olur, - deyə həkim fikirlərini izah edib.

Xəstəliyin erkən mərhələsində mədəaltı vəzini maksimum qorumalıyıq və onun fəaliyyətini söndürməliyik.


“Nəzarətdən çıxan hipoqlikemiya sitoken fırtınası yaradır, bu da xəstəni ölümə yaxınlaşdırır. Sonradan süni tənəffüs aparatına qoşulma və virus əleyhinə ağır dərmanlar da fayda vermir. Çünki imtina edən orqan mədəaltı vəzidir”.