Hər 1 milyon əhali üzrə koronavirusa yoluxma sayına görə Belorusiya digər ölkələrdən 2 dəfə çox fərqlə liderdir.
Medicina.az xəbər verir ki, Worldometers-in statistikasına görə, bu ölkədə hər bir milyon insana düşən yoluxma 618 nəfərdir. Halbuki ümümdünya üzrə orta rəqəm 318 nəfərdir. Amma Belorusiyada virusdan ölüm daha azdır: hər 618 xəstəyə 5 ölüm.
Qeyd edək ki, Belorusiya prezidenti ölkədə cidi karantin tədbirləri aparmadı və koronavirusla mübarizəyə kifayət qədər gec qoşuldu. Hətta Lukaçenko 9 mayda qələbə paradını keçirməyi də düşünür.