Bərbərin toyuğu qırxması gündəm oldu - "Bayrama hazırdır" - FOTO

  • 2026.03.16 10:21
  • 267 Baxış
Bərbərin toyuğu qırxması gündəm oldu -  "Bayrama hazırdır" - FOTO

Türkiyədə bərbərin toyuğu qırxması gündəm olub.

Medicina.az xəbər verir ki, Kurtalan rayonunda bir bərbər, sosial mediada yayılan "Lo Siento Wilson" video trendinə qoşularaq, Bayrama hazırlaşmaq üçün toyuğu qırxıb.



Siirt, sosial mediada geniş auditoriyaya çatan "Lo Siento Wilson" trendinə də qoşulub.

Bərbər Məhəmməd Mendeş 7-8 ildir ki, rayonda bərbər kimi çalışdığını bildirib:

"'Wilson' toyuğu sosial mediada trend mövzusuna çevrilmişdi. Biz də trendə qoşulmaq istəyirdik. Toyuğu bura gətirib qırxdıq. Toyuğu qırxdıq, təmizlədik və geri buraxdıq. Toyuğu bayrama hazırladıq".



Qeyd edək ki, 'Wilson' toyuq hadisəsi, sel suları ilə aparılan bir toyuğa 'Wilson, lo siento' (Wilson, üzr istəyirəm) deyilən Cast Away filminə istinad edərək emosional bir səslə geniş auditoriyaya çatan bir sosial media videosudur.



Aygün
Medicina.az