Türkiyədə Manisa şəhərində toyda maraqlı anlar yaşanıb.
Medicina.az xəbər verir ki, Gördes rayonunda keçirilən toyda bəyin dostları tərəfindən yumoristik hədiyyə vermə mərasimi qonaqları təəccübləndirərək əyləndirib.
Hədiyyə vermə mərasimi zamanı bəyin dostları qeyri-adi bir sürpriz ediblər.
Ənənəvi "beşi bir yerdə" qızıl hədiyyə əvəzinə, bəyin dostları ona Kıran kəndindən gətirilmiş beş heyva hədiyyə ediblər.
Qonaqlar bu yumoristik anı mobil telefonlarına çəkiblər. Bəy və gəlin də sürprizə təəccüblənərək gülüblər.
Aygün
Medicina.az