Beyin sağlamlığında yuxunun və Q.LİMFATIK sistemin rolu

  • 2026.07.24 15:27
  • 110 Baxış
Beyin sağlamlığında yuxunun və Q.LİMFATIK sistemin rolu

Yuxunun insan orqanizmi üçün əhəmiyyəti hər kəsə məlumdur. İnsan müəyyən müddət qidasız qala bilsə də, uzun zaman yuxusuz yaşamaq mümkün deyil. Yuxu yalnız istirahət prosesi deyil, həm də orqanizmdə bərpa və təmizlənmə mexanizmlərinin aktivləşdiyi mühüm fizioloji zamandır.

Medicina.az xəbər verir ki, yuxunun az bilinən, lakin olduqca vacib təsirlərindən biri qlimfatik sistem ilə əlaqəlidir.

Qlimfatik sistem nədir?

İnsan beyni metabolik baxımdan çox aktiv orqandır. Burada fasiləsiz olaraq milyardlarla biokimyəvi proses baş verir və bu reaksiyalar nəticəsində müxtəlif metabolitlər, yəni tullantı maddələr yaranır.
Uzun illər alimləri düşündürən əsas suallardan biri bu maddələrin beyin toxumasından necə xaric edilməsi olub. Çünki beyin toxumasında digər orqanlarda olduğu kimi klassik limfa damarları yoxdur. Eyni zamanda, qan damarları ilə beyin toxuması arasında yerləşən hematoensefalik baryer bir çox maddənin sərbəst keçməsinə mane olur.

Tədqiqatlar göstərib ki, beynin təmizlənməsində qlimfatik sistem adlanan xüsusi mexanizm iştirak edir.

Beyində qan damarlarının ətrafında qliya adlanan xüsusi hüceyrələr yerləşir. Onurğa-beyin mayesi bu sahələrdən keçərək beyin toxumasında yaranan zərərli qalıqları toplayır və onların beyindən xaric edilməsinə kömək edir. Beləliklə, beyin toxumasında yaranan tullantı maddələrin xaric edilməsinə xidmət edən bu mexanizm qliya və limfa sözlərinin birləşməsindən yaranan “qlimfatik sistem” adını alıb.

Qlimfatik sistemin yuxu ilə əlaqəsi

Qlimfatik sistemin fəaliyyəti yuxu zamanı, xüsusilə dərin və ləng dalğalı yuxu mərhələsində artır. Yuxu zamanı beyin hüceyrələri arasındakı sahənin genişlənməsi mayenin toxumalar arasında daha rahat hərəkət etməsinə şərait yaradır. Bu proses metabolik qalıqların beyin toxumasından uzaqlaşdırılmasını asanlaşdırır. Bu baxımdan gecə yuxusunun mühüm funksiyalarından biri beynin təbii drenaj və təmizlənmə mexanizmlərinin dəstəkləməsidir.

Keyfiyyətsiz yuxu beyin sağlamlığına necə təsir edir?

Müasir həyat tərzində sirkad ritmlərin və normal yuxu fazalarının pozulmasına tez-tez rast gəlinir. Gecə-gündüz rejiminin dəyişməsi, gec saatlarda parlaq ekranlardan istifadə, səs-küy, uyğun olmayan qidalanma, yatmazdan əvvəl həddindən artıq maye qəbulu və bəzi sakitləşdirici preparatların nəzarətsiz istifadəsi yuxu keyfiyyətini azalda bilər.

Yuxunun davamlı şəkildə pozulması qlimfatik sistemin fəaliyyətini zəiflədir və metabolik qalıqların beyin toxumasından xaric edilməsini əngəlləyir.

Qlimfatik sistemin pozulması ilə Alzheimer və Parkinson xəstəlikləri kimi neyrodegenerativ problemlər arasındakı əlaqə hazırda elmi tədqiqatların mühüm istiqamətlərindən biridir.

Sağlam yuxu üçün nə etmək olar?

Qlimfatik sistemin normal fəaliyyətini dəstəkləmək üçün ilk növbədə keyfiyyətli və fizioloji yuxu rejimi formalaşdırılmalıdır:


• hər gün eyni saatlarda yatmaq və oyanmaq;
• yatmazdan əvvəl telefon və kompüter istifadəsini azaltmaq;
• yataq otağında işıq və səs-küyü minimuma endirmək;
• axşam saatlarında ağır qidalardan və kofeinli içkilərdən uzaq durmaq;
• yuxu dərmanlarından yalnız həkim tövsiyəsi ilə istifadə etmək.

Qlimfatik sistemin mükəmməl çalışması üçün mükəmməl yuxunu təmin etmək üçün Neurexan preparatı uğurlu seçimdir. Neurexan məhz sirkad ritmləri tənzimləyərək, fizioloji yuxunu bərpa edir. Beləliklə, Neurexan, qlimfatik sistemin fəaliyyətini yaxşılaşdırır, bununla da tək simptomatik sakitləşdirici preparat kimi deyil, bir çox sinir xəstəliklərinin müalicə və profilaktikası üçün tətbiq oluna bilər.