Beyin xərçəngi ilə mübarizədə - Brokkoli möcüzəsi

  • 2023.07.21 19:32
  • 2152 Baxış
Beyin xərçəngi ilə mübarizədə  -  Brokkoli möcüzəsi
Kembric universitetinin professoru Robert Tomasın xərçəng xəstəliyinə qarşı apardığı eksperimentdə beyin xərçənginin ən ağır mərhələsini yaşıyan Ketrenin müalicəsində uğura imza atıb.

“Medicina” xəbər verir ki, Ketrinin tomoqrafik çəkilişində böyük bədxassəli şiş aşkar olunmuşdu. Professor Robert ona brokolli şorbasını hər gün yeməyi məsləhət görmüşdü. Həmçinin əlavələr də qəbul etməyi məsləhət vermişdi.


Ketrinin vəziyyətini müşahidə edən professor müəyyən tibbi müdaxilələrlə bərabər bir müddət sonra tomoqrafiyada Ketrinin şişlərinin get-gedə azaldığını gördü. Demək olar ki, şişlər tamamilə yoxa çıxmışdı.


Brokollinin beyin xərçənginə təsirini 30 il əvvəl kəşf ediblər. Buna görə də professor brokollidən istifadə edərək, xəstəni ölüm ayağından xilas etməyə nail oldu.


Professorun sözlərinə görə, xərçəng hüceyrələri ilə mübarizədə brokollini tərkibindəki polifinollar aktiv iştirak edir. Polifinollar tək brokollidə deyil, eləcə də narda,yaşıl çayda və sarıkökdə var.


Əlavə olaraq, düzgün bişirilmiş brokkoli xərçənglə mübarizədə son dərəcə faydalıdır - Eləcə də brokolinin tərkibindəki mirozinaza fermenti və sulforafan maddəsi xərçəng və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.


Günay Quluzadə