Beyində oksigen aclığının əlamətləri - Başda sıxılma niyə baş verir?

  • 25 Okt 2021 17:48
  • 1025 Baxış
Beyində oksigen aclığının əlamətləri  - Başda sıxılma niyə baş verir?

Baş beyin – bədəndə ən çox hava, oksigen, qandan ən çox qidalı maddələri tələb edən orqandır. Ona görə o, daha çox oksigen aclığına həssasdır və bunu zamanla biruzə verir. Sinir hüceyrələri oksigen aclığına-hipoksiyaya çox həssasdır.

Medicina.az xəbər verir ki, başda toxumalarda oksigen catışmazlığını göstərən əlamətlər bunlardır. Baxdıqda, bəlkə də çoxunuzda var:

-Başgicəllənmə - oksigen çatışmazlığının birinci əlamətidir, vestibulyar aparat pozulur, səndirləmə, qulaqlarda ugultu, küy olur

-Baş ağrıları, spazmlar

-Ürəkbulanma, qusma

-Halsızlıq, zəiflik

-Əsəbi oyanlıqlıq, psixoz

-Bənizin, əllərin ağarması


-Gözlərdə qaranlıq, sayrışma

-Ürək döyünmə, nəbzin artması

-Uzunmüddətli hipoksiyada huşun itməsi, bayılma və koma

-Xroniki hipoksiyada vegetativ pozuntular, başda sanki pulsasiya, döyünmə, istilik, gözlərdə qaralma, görmədə zəiflik, boyunda istilik, ürək nahiyədə ağrı, təngnəfəslik müntəzəm hiss olunur.


Əgər beyin oksigenlə təchiz olunmursa və bundan sinir sistemi, sinir hüceyrələri zərər görübsə, o zaman insult sonrası depressiya, yaddaşın itməsi, qıcıqlanma, oyanıqlıq, apatiya baş verir

Beynin oksigenlə təchizatının azalmasının səbəbləri:

-Xroniki xəstəliklər

-Uzun müddətli ağır iş

-Ümumi qan dövranında pozulmalar, damarların tutulması

-Ağciyər xəstəlikləri

-Anemiya

-Ürək-damar xəstəlikləri

-VSD, nevroz

-Diabet, zob, hipertireoz

- Peşə və iş yerinin zərərləri

Çox hipoksiyalar insanlarda iş yeri ilə bağlı olur. Hündürlükdə çalışanlar, şaxta, metro, quyu, sualtı, qapalı yerlərdə çalışanlar, otaqlarda normal havalandırıcı olmayan yerlərdə çalışanlar, zərərləli maddələr udanlarda daha çox rast gəlinir

Müayinə

Hipoksiyanı nevroloq təyin edir. Müayinə üçün qan analizi, MRT, EXQ və digər müayinələr təyin olunur.

Müalicəsi

Kompleks olmalıdır. Səbəb, hipoksiyanın kökü, növü, hardan qaynaqlandığına uyğun seçilir.

Eləcə də qan köçürmə, qanın oksigenlə təchizarı, oksigenterapiya, plazmafarez, stereod hormonların təyini, qan dövranı normallaşdıran preparatlar təyin olunur.

Profilaktika məqsədilə insan beyin oksigen aclığının xronikliyə keçməsinin qarşısını almaq lazımdır. Aktiv idman, açıq havada 1-2 saat gəzməz, təmiz hava,düzgün qidalanma, işlədiyiniz yerin və yatdığınız otağın havalandırılması, masaj, müxtəlif tənəffüs gimnastikaları, hərəkətləri olunmalıdır.