Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyində “onlayn lüğət” bazası tapıldı

  • 2023.10.27 17:30
  • 2469 Baxış
Beyində “onlayn lüğət” bazası tapıldı

Alimlər beyində onlayn lüğət olan hissə aşkarlayıb.

Belə ki, yazıda mənası olan sözlə, səhv hərf yığımını ayırd etmək üçün beyində xüsusi sahə varmış.

“Medicina” xəbər verir ki, ABŞ-ın Texas universitetinin neyrobioloqları insanın mətni oxuyub başa düşməsində əsas açar məqamı tapıblar.


Onlar ağır forma epilepsiyadan əziyyət çəkən xəstələrin elektrik aktivliyini təhlil ediblər.
Onların mətn oxuyarkən gicgah ənsə beyin hissəsində xüsusi sahənin işə düşdüyü görülüb. Alimlərin fikrinə görə, bu hissə özünəməxsus onlayn sözlük rolunu oynayır.

Bu hissə mətndə sözün düz və ya səhv yazılmasını ayırd edir.

Biz oxuyarkən beynin bu sahəsində daim sözlərin beyində olan sözlükdəki sözlə müqayisə edib, beynin digər hissələrinə göndərilir.

“Bu beyin kökünün sürəti və gücü həmin sözün gündəlik danışıqda nə qədər çox işlənməsindən asılıdır. Qısa, populyar, məşhur sözləri ani sürətlə tapır, uzun və nadir sözlərə isə çox vaxt sərf edir- deryə professor Nitin Tendon bildirib.


Aygün Musayeva