Beynimiz niyə assimmetrikdir?

  • 2025.08.28 18:14
  • 80 Baxış
Beynimiz niyə assimmetrikdir?


İnsan beyni əslində assimmetrikdir.

Beyin tən yarıya bölünsə ölçü və forma baxımından tamamilə eyni deyil.


“Medicina” xəbər verir ki, Maks Plank İnstitutunun alimləri insan beyninin niyə iki yarımkürə arasında simmetriya olmadığını araşdırıblar.
Bədənimizin bəzi funksiyaları əsasən sol yarımkürə, digərləri isə sağ yarımkürə tərəfindən idarə olunur.
İlk baxışdan bədənimiz çox simmetrik görünür. İki qolumuz, ayağımız, iki gözümüz və qulağımız var, hətta bir fotoşəkildə onları bir xətt ilə ayırsanız, hətta burun və ağız da güzgü kimi görünür.


Beynin iki yarımkürəsi fərqli şeylər üçün nəzərdə tutulub. Bir çoxumuz üçün diqqət sağ yarımkürədə işlənir, sol yarımkürə isə nitqdən məsuldur. Lakin beyin asimmetriyasının nə dərəcədə irsi olduğu hələ müəyyən edilməmişdir.

Almaniyadan olan alimlər sol və sağ yarımkürələrdə assimmetriyanı tədqiq edərək, beynin funksional strukturunda incə fərqlərin olduğunu müəyyən ediblər.

İnsan beyni meymunların beyni ilə müqayisədə daha assimmetrikdir. Bəlkə də bu assimmetriya həm genetik, həm də qeyri-genetik əlaqəni əks etdirir. Məsələn, yaşlı insanlarda sağ tərəfli assimmetriyanın azalması müşahidə olunur.


Aygün Musayeva