Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Beyninə virus düşən məktəbli vəfat etdi - FOTO

  • 2025.05.06 10:45
  • 253 Baxış
Beyninə virus düşən məktəbli vəfat etdi -  FOTO

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanaların birində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, təxminən bir ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları bildirib ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.

Qeyd edək ki, vəfat edən məktəbli təhsil aldığı məktəbin və rayonun tədbirlərində aktiv iştirak edirmiş.