Beyninin bir hissəsi olmayan qadın xarici dilləri öyrəndi

  • 19 Apr 2022 17:12
  • 421 Baxış
Beyninin bir hissəsi olmayan qadın xarici dilləri öyrəndi


Fransada beyninin sol gicgah payı olmayan qadın bir neçə əcnəbi dili öyrənib.

Bakupost.az xəbər verir ki, 2016-cı ildə 49 yaşlı qadın Massaçuset institutunun neyrobiologiya şöbəsinə beynində olan maraqlı anomaliyanın öyrənilməsi ilə bağlı müraciət edib.

Qadının naməlum səbəblərdən beynin sol gicgah pauı tam yox idi.

Bu təsadüfən 1987-ci ildə beyin MRT-si zamanı aşkar olunmuşdu. O vaxta qədər qadın beyninin tam normal olduğunu düşünürdü, çünki əla yaddaşı var idi, yaxşı oxuyurdu.

Hətta bir neçə dil, o cümlədən rus dilini də öyrənmişdi.

Bu fakt alimləri daha da təəccübləndirib. Çünki beynin məhz sol hissəsi nitq və dil qavranılmasına cavabdehdir.

Qadının yarım beyninin bu qədər mükəmməl çalışmasının sirrini araşdırmaq üçün alimlər tədqiqat aparıb.

Maqnit-rezonans tomoqrafiya altında real rejimdə qadının intelektual tapşırıqları, riyazi hesablamalar etdiyini izləyiblər.

Məlum olub ki, mövcud olmayan sol payın bütün funksiyalarımı sağ pay özünə götürüb.

Belə ki, orda yeni neyron şəbəkə yaranıb, nəticədə qadın normal şəkildə dilləri öyrənib.

Pasiyent bildirib ki, bacısında da eyni vəziyyətdir, o da problemsiz yaşayır.

Alimlər güman edir ki, belə xüsusi quruluş genetik səbəblərdəndir. Bu nəsildə genetik olaraq beyin problemi olub.

Aygün Musayeva
BakuPost