Beyniniz sizi aldada bilər - Yalançı xatirələr

  • 2023.05.11 12:01
  • 1045 Baxış
Beyniniz sizi aldada bilər   - Yalançı xatirələr
İnsan beyni orqanizmin şahıdır. Bütün idarəetmə sistem beyində yerləşir.

Çoxunuz uşaqlıqdan Çeburaşkanın ifasında "Mən adsız oyuncaq idim" mahnısını xatırlayır və əminliklə deyəcəksiz ki, bunu 1971-ci ildə eyniadlı cizgi filmində eşitmisiz. Əslində isə kompozisiya bir neçə il sonra ortaya çıxıb və cizgi filmində heç vaxt səslənməyib.


“Medicina” xəbər verir ki, buna Mandela effekti deyilir, beynin məlumatı yanlış qəbulu və çatdırması fenomenidir.

Termini paranormal yazıçı Fiona Brum kəşf edib. 2009-cu ildə Dragon Con festivalında o, bir neçə insanla birgə Cənubi Afrika siyasətçisi Nelson Mandelanın ölümünü müzakirə edib.

Brum və bir çox digər həmsöhbətləri cənubi afrikalı hüquq müdafiəçisinin 1980-ci illərin sonlarında həbsxanada öldüyünə əmin şəkildə danışır, baxmayaraq ki, əslində o, hələ sağ idi (Mandela 2013-cü ildə evdə, ailəsinin əhatəsində ölüb) .

Eyni zamanda, müzakirənin bəzi iştirakçıları hətta Mandelanın ölümünün təfərrüatlarını, o cümlədən ölümü ilə bağlı xəbər relizlərini və onun dul arvadının çıxışını da oxuduqlarını bildirib.

Bəs bu, necə baş verir?

Elm adamları bu fenomeni yalançı xatirələrlə, o cümlədən beyinin yaddaşdakı boş yerləri avtomatik olaraq öz düşünülmüş fraqmentləri ilə doldurması ilə izah edirlər. Bundan əlavə, yalan xəbərlərdən, ciddi qəbul edilən zarafatlardan sonra, həmçinin “sınmış telefon effekti” səbəbindən yanlış məlumatlar yaddaşda saxlanıla bilər. Bu, xüsusilə İnternet dövrü çıxdıqdan sonra daha da aktuallaşıb.

Günay