Ağcabədi rayonunun Avşar kəndində bıçaqlanan 2019-cu il təvəllüdlü S.Bəşirovun bıçaqlanmasının bəzi detalları məlum olub.
Medicina.az xəbər verir ki, S.Bəşirovun atası Rəşad Bəşirov hadisə barədə Oxu.Az-a açıqlama verib.
O bildirib ki, hadisə Aşağı Avşar kəndində Murad adlı şəxsin evinin girişində baş verib:
"Oğlumu bıçaqlayan uşağın ailəsi ilə də tanışam, gözəl ailəsi var. Həmin adamın dayısı ilə yaxın dostam. Həmin şəxs uşağı evdən çağırıb aparıb Muradgilin qapısının qarşısına, orada bıçaqlayıb, sonra da qaçıb gedib. Oğluma çoxsaylı xəsarət yetirib. Lazımi qurumlardan xahiş edirəm, uşağımı bu vəziyyətə salan şəxsə layiqli cəzanı versin".
R.Bəşirov bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi bilinmir: "Hələ ki, araşdırma aparılır".
medicina.az