Biləsuvarda ağır qəza - Ata və körpəsi öldü - FOTO

  • 2025.10.01 10:01
  • 206 Baxış
Biləsuvarda ağır qəza -  Ata və körpəsi öldü - FOTO

Biləsuvarda baş vermiş ağır qəzada həlak olan ata və körpə qızının görüntüləri yayılıb.

Medicina.az Oxu.Az-a istinadla xəbər verir ki, qəzada ölən 1993-cü il təvəllüdlü Elşən Niftəliyev Saatlı rayonunun Tatar kənd orta məktəbində informatika müəllimi işləyirdi.

Xatırladaq ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi VAZ-2115 markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində VAZ-2115-də olan bir ailənin üzvləri, sürücü E.Niftəliyev və onun 6 aylıq qızı Ahu Niftəliyeva ölüb, həyat yoldaşı 1996-ci il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarət alıb.

Həmçinin "Mercedes-Benz"də olan sərnişinlər - 1961-ci il təvəllüdlü Gülağa Qurbanov və 1975-ci il təvəllüdlü Şəhla Orucova xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ölənlərin meyitləri müayinə olunması üçün rayon morquna təhvil verilib.

Məlumata görə, ölən şəxs Saatlı rayonunda müəllim işləyirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.