Biləsuvarda yol qəzası -İki avtomobil toqquşdu

  • 2020.04.20 09:25
  • 1153 Baxış
Biləsuvarda yol qəzası - İki avtomobil toqquşdu

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində “NAZ” və “VAZ” markalı iki minik maşını toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.



Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “NAZ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.