Bir ayağınız üstündə dayana bilmirsizsə bu problemləriniz var

  • 2022.09.26 18:02
  • 3179 Baxış
Bir ayağınız üstündə dayana bilmirsizsə   bu problemləriniz var


Əgər orta və yaşlı insan bir ayağı üzərində ən azı 20 saniyə dayana bilmirsə, bu beyin, ürək-damar xəstəlikləri səbəbindən ölüm riskinin çox olduğunu bildirir.


"Medicina" xəbər verir ki, Çin alimləri ümumiyyətlə bir ayağı üzərində dayana bilməyənin ömrünün az olduğunu 100 il əvvəl açıqlayıb.

Alimlər bu testin orqanizmdə hansı problemləri göstərdiyini araşdırıb.

Eksperimentdə 1072 nəfər iştirak edib.

Məlum olub ki, bir ayağı üzərində dura bilməyən insanlarda daha çox xroniki xəstəlik və ürək-damar problemləri var.

Bir ayağı üzərində dayana bilməyin əhəmiyyəti ondadır ki, bu insanın bədən balansı, tarazlığı və beyni ilə ayaqları arasında rabitənin dərəcəsini göstərir.

Gənclər bir ayağı üzərində rahat dayansa da, 50 yaşdan sonra bu mümkün olmur.

Ona görə erkən dövrdən bunu məşq etmək lazımdır.

Bir ayağı üstdə ən azı 20-30 saniyə dayanmaq insult riskini azaldır.

Aygün Musayeva