Bir ayağı digərindən daha böyük olanlar... - Lenfödem xəstəliyi nədir?

  • 2018.08.27 19:49
  • 24403 Baxış
Bir ayağı digərindən daha böyük olanlar... -  Lenfödem xəstəliyi nədir?
Adətən bir ayaq digərinə nisbətən daha böyük olur. Lakin bəzi hallarda bu fərq kəskin fərqlənir. Bu zaman isə ayaqqabı seçimində problem yaranır.


Medicina.az xəbər verir ki, ürək-damar cərrahı İlhan Gölbaşı adi baxılan bu halın bəzən ağır xəstəliklə nəticələndiyini bildirib. Onun sözlərinə görə, belə halla müraciət edən xəstələrə çox zaman lenfödem diaqnozu qoyulur. 


Bu xəstəlik zamanı şişlik adətən ayaq və əldə başlayaraq irəliləyir və getdikcə uyuşuqluq, ağrı artır.


Həkim açıqlama verərək xəstəliyin lenf sistemindəki dəyişikliklərə görə yarandığını deyib: "Lenf mayesinin dövranının yaxşı olmaması səbəbindən bədəndə şişmələr meydana gəlir. 


Bu iki yerə ayrılır. Birincisi genetik səbəbdən yaranan pozğunluqlardır. Digəri isə sağlam olan şəxsin cərrahi əməliyyat və ya şüa terapiyasını qəbul etdikdən sonra orqanizmində yaranan pozğunluqlardır”.


Adətən yeniyetməlik çağında və ya orta yaş qrupunda inkişaf etdiyini deyən cərrahın sözlərinə görə xəstəlik 3 mərhələyə ayrılır: "Bir ayaq digərindən 3 sm fərqlidirsə adi, bir az daha çox fərq varsa orta, daha böyük fərq varsa ciddi lenfödem qrupuna daxil edilir”.


Gölbaşı xəstəliyin müalicəsindən da danışıb: "Fizioterapoistlər tərəfindən professional olaraq manuel lenfatik üsulu tətbiq olunaraq lenf dövranı asanlaşdırılır və dəri sərtliyi azaldılır. Vəziyyət nəzarət altına alınır. Ən əsası isə kosmetik yaranan problemlər azaldılır”.
Bir ayağı digərindən daha böyük olanlar... -  Lenfödem xəstəliyi nədir?