Bir azdan səhiyyədə hər şey rəqəmsallaşacaq və biz vahid səhiyyə eko sistemi yaradacağıq. Bu sistemdə istənilən Azərbaycan vətəndaşı ölkə daxilində lisenziya almış istənilən tibb müəssisəsinin qapısını açanda, tam əminliklə öz sağlamlığını ordakı həkimlərə etibar edəcək.
Medicina.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev müsahibəsində bildirib.
“Əsas hədəfimiz Azərbaycan ərazisində fəaliyyət göstərən istənilən tibb işçisini davamlı tibb təhsili ilə təmin etmək, inkişaf imkanları yaratmaq, insanlarımıza göstərilən tibbi xidmətin zamini olmaq, yüksək keyfiyyəti təmin etməkdir”.
Aygün Musayeva