Birdəfəyə artıq yeyiləndə insanı öldürən 7 ərzaq - SİYAHI

  • 2022.06.07 15:18
  • 4841 Baxış
Birdəfəyə artıq yeyiləndə insanı öldürən 7 ərzaq   - SİYAHI

Yediyimiz ən adi qida, tərəvəz, meyvə belə miqdarından asılı olaraq bizi öldürə bilər. Çünki bəzən sadə qidada elə toksiki maddələr olur ki, orqanizmdə toksiki zəhərlənmə yaradır.


Bakupost.az birdəfəyə çox yeyiləndə insanı öldürə bilən məşhur məhsulları təqdim edir.

1. Kartof – təmiz, normal kartofdan gündə 2 kq-a qədər yeyə bilərsiz. Əgər kartof göyərib, tumurcuq və yarpaq çıxarıbsa, cəmi 2-3 belə kartofun yeyilməsi tam zəhərlənmə və ölümlə nəticələnə bilər. Göyərmiş, bürüşmüş, köhnə kartofu yeməyin.

2. Keş – yerfıstığı – mağazalarda satılan emal olunmuş bu çərəzdə uruşiol adlı toksiki maddə var. Əgər onu buxarlandırmasanız, ciddi allergik reaksiya baş verə bilər.

3. Bal – balda olan pirrolizid adlı toksik alkoloid insanı zəhərləyə və baş ağrısı verə bilər. Birbaşa pətəkdən süzülməmiş və bankaya yığılmamış, pasterizə olunmamış balı yeməyin

4. Qırmızı lobya – bu lobyada mədənin selikli divarının hüceyrələrini məhv edən lektin adlı maddə var. Ona görə də onu suda ən azı 3 saat əvvəldən islatmadan yemək olmaz. Gündə 200 qramdan artıq qırmızı lobya da qadağandır.

5. Kəndalaş – buzina – tam yetişməmiş giləmeyvəni yemək ürəkbulanma, zəhərlənmə verə bilir.

6. Albalı – vişnə - bu meyvənin tumunda elə bir maddə var ki, orqanizmdə sianidə çevrilir. Eləcə də ərik də eyni dərəcədə təhlükəlidir.

7. Yastı lobya – nadir halda istifadə olunsa da, çox təhlükəlidir. Bir ovucdan artıq yedikdə zəhərləyir. Uşaqlara olmaz. Suda çox isladıb, sonra bişirmək lazımdır.