"Bizim süfrə”nin saxta reklamı - Müştərini aldadırlar

  • 2025.12.21 12:01
  • 179 Baxış
"Bizim süfrə”nin saxta reklamı -  Müştərini aldadırlar

"Bizim süfrə” markasının fırıldaq yolu ilə mallarının reklamını və satışını həyata keçirdiyi iddia olunur.

Medicina az xəbər verir ki, bununla bağlı jurnalist İlhamə Rəsul sosial media hesabında yazıb.

Onun sözlərinə görə, marketlərdə həmin markanın məhsullarından 7 ədəd alınarsa, elektronik cihaz hədiyyə ediləcəyi bildirilsə də, buna əməl olunmayıb:

“Marketdə özləri yaxınlaşdılar ki, məhsulumuzdan 7 ədəd alsanız, elektronik cihaz (fen, tozsoran, elektrikli çaydan, toster, ütü və s.) hədiyyə edəcəyik. Sınamaq üçün aldım, dedilər, ayın 15-də gəl. Həmin tarixdə getsəm də, hədiyyənin qutardığını, gələn həftə getməli olduğumu bildirdilər.

Bu gün oğlum gedib, hədiyyə adı ilə “pinqvin” paketin içində 4 ədəd mayonez, ketçup veriblər.7 ədəd məhsul almışdım ki, 4 ədəd mayonez hədiyyə etsinlər?

Başımız yaxşı işləyir, di gəl, ancaq fırıldaqçılığa”.