Blogerlərin dəbə saldığı yeni adət: doğan qadın öz plasentasını yeyir - Ekspertlər nə deyir?

  • 2018.11.16 16:08
  • 21461 Baxış
Blogerlərin dəbə saldığı yeni adət: doğan qadın öz plasentasını yeyir -  Ekspertlər nə deyir?
Heyvanlar balaladıqdan sonra cifti, yəni plasentanı yeyərək doğum zamanı itirdikləri enerjini bərpa edirlər. Son illərdə isə doğumdan sonra plasentalarını yeyən qadınların sayı da az deyil. 


Medicina.az xəbər verir ki, bu hərəkət bir sıra instaqram fenomenlərinin bunu özləri edərək məsləhət görməsindən sonra dəb halını alıb. 


Bəzi qadınlar var ki, plasentanı qurudaraq onu kapsula halında qəbul edirlər. Bir çoxları isə ondan smuzi hazırlayaraq içirlər.


Mütəxəssislər isə həyəcan təbili çalırlar: "Qadınlar məsləhətləri ginekoloqlardan almaq yerinə videoblogerləri təqlid edirlər”. Bu isə qətiyyən yolverilməzdir. 


Bəs plasentanın ana tərəfindən qəbul edilməsi ona nə kimi xeyir verə bilər? 

Bir çoxları bildirirlər ki, plasenta ananı depressiyadan qoruyur, südü artırır, ağrıları azaldır və ananı enerji ilə təmin edir. 

Amma hələ ki, bu iddiaların heç bir təsdiqlənmiş elmi izahı yoxdur. Araşdırma göstərib ki, yalnız heyvanlar plasentanı yeməklə xeyir əldə edə bilərlər. Məsələn, dişi siçanlar plasentanı yedikdə onların ağrıları azalır. 

 

Картинки по запросу eating placenta


Amma bu o demək deyil ki, bu, insanlarda da işə yarayacaq. 


Ekspertlərin çoxu düşünür ki, plasentanın yeyilməsi insanlara heç bir təsir göstərmir. 


Plasentada xeyirli maddələr olsa belə onlar bişirildikdə, hətta otaq temperaturunda da məhv olur. Bəzi hallarda isə plasenta qadın hansısa xəstəlik daşıyırsa o zaman ziyanlı ola bilər. 


Məsələn 2016-cı ildə qeydə alınan hadisədə ABŞ-ın Oreqona ştatında yaşayan bir qadın dəfələrlə doğum etdikdən sonra öz plasentasını kapsula şəklində qəbul edib və ölümcül bakteriyaya yoluxub.  


Arzu Mirzəyeva

Medicina.az