Bakının natəmiz avtobusları - Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTO

  • 2017.11.13 16:04
  • 18996 Baxış
Bakının natəmiz avtobusları -  Uşaqları xəstəlik yuvasından uzaq tutun/FOTO
Şəxsi avtomobili olmayan insanlar hər gün ictimai nəqliyyatdan istifadə edirlər. Ən çox istifadə edilən nəqliyyat növü isə metro və avtobuslardır.

İnfeksion xəstəliklərin sürətlə yayıldığı bir vaxtda Medicina.az-ın əməkdaşı avtobuslarda təmizliyə riayət edilib-ediməməsiylə maraqlanıb.

Məlum olub ki, Bakının mərkəzində fəaliyyət göstərən avtobusların şəraiti kifayət qədər ürəkaçan olsa da, bunu bütün istiqamətlərdə fəaliyyət göstərən avtobuslara şamil etmək mümkün deyil...

Avtobusun şüşələrinə Bakı Nəqliyyat Agentliyinin hazırladığı müxtəlif məlumat lövhələri vurulub: "Siqaretdən istifadə qəti qadağandır”, "Hər gün dezinfeksiya edilir” və s.

Şüşələrin çirkli, kənarlarının toz içində olması avtobusun nəinki hər gün, hətta uzun müddət dezinfeksiya edilmədiyini, təmizlənmədiyini sübut edir. Belə avtobuslarda sıxlıq isə digərləri ilə müqayisədə daha çoxdur.

Avtobuslarda antisanitariya ilə yanaşı, müxtəlif tanışlıq saytlarının reklamlarını da görmək mümkündür.

Bəs bu natəmizlik və sıxlıq insan orqanizminə nə kimi təsir göstərə bilər?

"BURDA İNSANLAR XƏSTƏLİYƏ DAHA TEZ YOLUXUR”

Məsələ ilə bağlı "Medicina”ya açıqlama verən infeksionist Cəlal İsayev avtobusdakı natəmizliklə yanaşı sıxlığın  da olması müxtəlif xəstəliklərin yoluxma riskini artırdığını bildirib:

"Bu ortam hava-damcı yolu ilə infeksiyalarının yaranmasına şərait yaradır. Hazırda qış fəsli yaxınlaşır, havalar soyuyub. Tənəffüs yollarından yoluxan infeksiyalara təsadüf edilir. Bunun yayılmaq ehtimalı isə qat-qat artır. Sıxlıq olan yerdə bir adamın xəstə olması kifayətdir ki, bütün insanlara yoluxdursun.

Əl tutacaq yerlərdəki antisanitariya vəziyyəti insana bir sıra bağırsaq infeksiyalarına yoluxdura bilər. Hər halda gigiyena qaydalarına əməl etmək lazımdır.

İlk fürsətdə əllər yuyulmalıdır”.

"AVTOBUSLAR UŞAQLAR ÜÇÜN XÜSUSƏN TƏHLÜKƏLİDİR”

Nəzərə alaq ki, bu kimi avtobuslara uşaqlar da minir. Tozlu tutacaqlara, oturacaqlara əl vurduqdan sonra isə ağzına da vurmaq ehtimalı böyükdür.

Pediatr Nigar Süleymanova Medicina.az-a açıqlamasında bu təhlükədən danışıb: "Avtobuslardakı natəmizlik xüsusilə uşaqlar üçün təhlükə mənbəyidir. Tozlu tutacaqlar və s. onları bir sıra təhlükəli bağırsaq infeksiyalarına yoluxdura bilər. Valideynlər diqqətli olmalıdırlar. Ən azından tez-tez əllərini nəmli salfetlərlə silməlidirlər. İlk fürsətdə də əllərini yumalıdırlar. Qeyd edim ki, azyaşlıların vücudu belə tozlara qarşı daha həssasdır”.

"TƏMİZLİYİN BİZƏ AİDİYYƏTİ YOXDUR”

Avtobusdakı məlumat lövhələrinə yazıldığı təqdirdə nə üçün əməl olunmamasının səbəbi ilə bağlı Medicina.az-nın sualına Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev cavab verib:

"Avtobuslar reysdən qayıdan zaman mütləq şəkildə istehsalat bazasında müəyyən prosedurlardan keçməlidir. Bura avtobusların təmizlənməsi, texniki müayinədən, sürücülərin tibbi baxışdan keçməsi daxildir. Lövhələr agentliyin tələbinə uyğun olaraq yapışdırılır.

Qeyd olunan natəmizliklərlə bağlı vətəndaşlardan şikayətlərin kifayət qədər daxil olduğunu bildirən M.Ağayev bu istiqamətdə müvafiq işlər görülüyünü qeyd edib:

"Avtobuslar təmizlənməlidir. Avtobusların təmizliyinə, dezinfeksiyasına nəzarət birbaşa Nəqliyyat Agentliyində deyil, müvafiq orqanlar həyata keçirir. Biz hansısa avtobusun natəmiz şəkildə yola çıxdığını aşkar etdikdə daşıyıcıya irad bildirərək, tövsiyə edirik ki, avtobusunuz yoxlanılmalıdır və təmizlənməlidir”.

Şəhanə Quliyeva

Medicina