Botokslu görünüşü tənqid edildi - FOTO

  • 2026.04.30 21:27
  • 293 Baxış
Botokslu görünüşü tənqid edildi -   FOTO

Türkiyəli məşhur komediyaçı Şafak Sezerin son görünüşü müzakirələrə səbəb olub.

Medicina.az xəbər verir ki, Kutsal Damacana, Maskeli Beşler və Kolpaçino kimi layihələri ilə geniş auditoriyaya çatan aktyor və ssenarist Şafak Sezer son görünüşü ilə yenidən diqqət çəkib. Məşhur komediyaçının son görünüşü sosial mediada müzakirə mövzusuna çevrilib.



Sezer arıqlaması və üz cizgilərindəki dəyişikliklərlə ön plana çıxıb.

Paylaşılan görüntülərdən sonra istifadəçilər Sezerin üzündəki dəyişikliklə bağlı çoxsaylı şərhlər yazıblar. Bəzi istifadəçilər "botoks həddindən artıq edilib" dedilər, digərləri isə "üz ifadələrinin yoxa çıxdığını" tənqid etdilər.



Şafak Sezerin liposaksiya etdirməsi və 8 gündə 8 kilo arıqlaması ilə bağlı əvvəlki iddialar da yenidən ortaya çıxıb. Məşhur bu iddialara yumorla cavab verib: "Evimizdə belə bir cihaz var. Gedirəm, 8 gündə 8 dəfə şişib gəlirəm".

Aygün
Medicina.az